Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir - Deputat

Ermənistan beynəlxalq ictimaiyyətin gözü qarşısında aralarında qadınlar, uşaqlar, qocalar da olmaqla, mülki əhalini gülləbaran edərək onları qətlə yetirir, evlərini dağıdır. Çox təəssüf ki, beynəlxalq aləm, o cümlədən ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı obyektiv bir mövqe nümayiş etdirmir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmin belə mövqeyi onun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ya ümumiyyətlə çalışmadığını, ya da Ermənistanın xeyrinə çalışdığını göstərir.

Azərbaycanın mülki əhalini hədəf almadığını vurğulayan İ.Həbibbəyli qeyd edib ki, buna baxmayaraq, Ermənistan ordusu Gəncə, Mingəçevir, Ağdam, Füzuli, Tərtər və digər başqa ərazilərdə dinc insanalrı atəşə tutur və bu siyasətini davam etdirir. Sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələrinin atdığı raket və ağır artilleriya hücumları nəticəsində 65 nəfər həlak olub. Onlardan 18-i qadın, 10-u uşaqdır. İndiyədək yaralanan 297 nəfər mülki şəxslərin də 69-u qadın, 32-si uşaqdır:

"Ermənistanın bu siyasətini davam etdirməsi onun döyüş meydanındakı məğlubiyyətinin təzahürüdür. Ermənistanın mülki əhalini atəşə tutmasına beynəlxalq ictimaiyyətin göz yumması isə çox narahatedici məsələdir. Hesab edirik ki, dünya Ermənistanın bu vandalizminə qarşı kəskin etirazını bildirməlidir”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Şəhidimiz Dmitri Solntsevlə vida mərasimi yekunlaşıb (FOTO)

SONRAKI XƏBƏR

Heydər Əliyevin varlığı onların planlarını alt-üst edirdi - Prezident