Heydər Əliyevin varlığı onların planlarını alt-üst edirdi - Prezident

Ermənilər nankorluq edərək, vəziyyətdən istifadə edərək və Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə edərək separatizm meyllərini qaldırdılar. Ondan əvvəl isə onlar hazırlıq işləri gördülər. Hazırlıq işlərinin əsas hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, Sovet rəhbərliyində onun böyük nüfuza malik olması, onların planlarını alt-üst edirdi.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Və şər-böhtan kampaniyası aparılırdı. Qəsdən ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra, iki həftə keçməmiş erməni separatçıları baş qaldırıb, məsələ qaldırmışdılar ki, Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin. Bizim xalqımızın bəlaları o gündən başladı”, - deyə dövlət başçısı vurğulayıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir - Deputat

SONRAKI XƏBƏR

Pakistan da Fransadan üz döndərdi! İTTİHAM