Məzahir Avşar: “Zori Balayanı gizlətməyin, yoxsa siz də...”

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, professor Məzahir Ərtuğ Avşar Xocalı faciəsinin əsas iştirakçılarından biri olan Zori Balayan haqında yazıb.

Cebhe.info xəbər verir ki, Məzahir Ərtuğ Afşar yazısında Zori Balayanın Xocalıda törətdiyi qətliyam haqqında öz dilindən dediklərinə 28 ildir dünyanın göz yummasını tənqid edib:

“Erməni sevənlərə və erməni tanımayanlara: Sizi bir ermeni "ziyalısı" ilə tanış etmək istəyirəm. Zori Balayan - tibb universitetinin məzunu, “Hippokrat andı” içmiş həkim, yazıçı. Sovet dönemində millət vəkili, Qarabağ müharibəsinin ideoloqu, Rusiya millət vəkili, insan haqlarının müdafiəçisi və demokrat Qalina Staravoytovanın dostu, dəfələrcə Rusiyanın keçmiş prezidenti Qorbaçovla görüşmüş biri, indiki prezidenti Putindən, Ermənistan prezidenti Sarkisyandan medallar almış və təltiflər edilmiş, indiki baş nazir Paşinyanla Şuşada Cıdır düzündə yallı gedib, şənlik təşkil edən biri. Bu varlıq Xocalıda 13 yaşlı türk coçuğunu (Azərbaycan türkü) əllərindən divara mismarlayıb və diri-diri dərisini soyaraq öldürüb.

Sonra parçalayaraq küçədəki itlərə atmış və dostu Xaçaturla bunu həmin soyqırım gecəsində dəfələrlə edib. Sonra isə əli qanlı kilsəyə gedərək bağışlanması üçün dua edib. Bütün bunları "Ruhumuzun dirçəlişi" kitabında yazaraq bütün dünyaya utanmadan bəyan etmişdir. Gözəlim Dünya da 28 ildir susur. Avropanın "demokratları" isə onu şərəflə qarşılayıb, qonaq edirlər. Bir xalqın, millətin ziyalısı bu isə, siz bir düşünün, onun donuz saxlayan kəndlisi, dünyanın hər yerindən gəlmiş azğın terroristləri Qarabağda nələr edib. Onları yazmıram, yazarsam insan ürəyi buna tab etməz. Mən irqçi deyiləm, heç vaxt da olmamışam. Sadəcə, sizə çatdırmaq istəyirəm ki, erməni deyilən bir millət çox pis formada xəstədir. Onları çox sevirsinizsə kömək edin, sağalsınlar. Çox təəssüf ki, sizin bu millətə olan sevginiz ara düzəltmək yolu ilə evlənməyə bənzəyir. Sizinki görmədən, tanımadan, bilmədən, sadəcə, eşitməklə sevməkdir. Bu arada Zori Balayanı görərsizsə gizlətməyin! Cinayət ortağı olarsınız!”

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir - Deputat

SONRAKI XƏBƏR

Pakistan da Fransadan üz döndərdi! İTTİHAM