Ermənistan dövləti münaqişənin sülh yolu ilə həll olunmasını istəmir

Ermənistan dövləti münaqişənin sülh yolu ilə həll olunmasını istəmir

"Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Minsk qrupunun üç həmsədr ölkələridir. Məhz həmin ölkələr Ermənistanla Azərbaycan arasında olan münaqişənin həlli yolunu müəyyənləşdirən ölkələrdir. Hər iki dövlətin Xarici işlər naziri həmin ölkələrdə görüşlər keçirir. Bu yaxınlarda, Moskva şəhərində görüş keçirilmişdir. Bu, hər iki dövlət arasında olan münaqişənin sülh yolu ilə həll olunmasına əsaslanan danışıqlar idi. Əfsuslar olsun ki, Ermənistan dövləti münaqişənin sülh yolu ilə həll olunmasını istəmir". Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi Zenfira Əliyevanın sözlərinə görə, Ermənistan dövləti tərəfindən elan edilmiş bəyanatlar artıq, bu danışıqları mənasız etmişdir: "Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyan edəndə Azərbaycanın qondarma " Dağlıq Qarabağ höküməti" ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərini raket zərbəsinə tutmaq əmrini verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqlar aparmaq üçün imkan qalmır. Azərbaycan Ordusu onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edir. Eyni zamanda, dövlət başçısı bəyan edir ki, erməni vətəndaşlarının təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Necə ki, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqrımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlədə 40 mindən çox azərbaycanlı yaşayırdı".

Onun sözlərinə görə, ermənilər isə həmin ərazirlərdə etnik təmizlə həyata keçiriblər. Azərbaycan isə bunu heç vaxt etməyib: "Ortada münaqişənin həlli ilə bağlı baza prinsipləri mövcuddur. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana geri qaytarılmalıdır, qaçqın və və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə geri qayıtmalıdırlar. Ermənistan hökuməti bu prinsiplərə sabiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra danışıqlar başlaya bilər".

 

Mənbə: olaylar.az