ABŞ Əfqanıstandakı "Taliban" mövqelərinə hücum etdi

ABŞ Əfqanıstandakı "Taliban" mövqelərinə hücum etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ döyüş təyyarələri ölkənin mərkəzində yerləşən Vərdək vilayətində radikal "Taliban" hərəkatı tərəfdarlarının mövqelərinə hücum edib.

Bu barədə bu gün Əfqanıstan televiziya kanalı "1 TV" ABŞ qüvvələrinin Əfqanıstandakı nümayəndəsi polkovnik Sonni Leqqett açıqlamasına istinadən xəbər verib.

Onun sözlərinə görə, ABŞ təyyarələri oktyabrın 25-indən 26-na keçən gecə taliblər Vərdək vilayətinin Nerh bölgəsindəki mövqelərinə dəqiq zərbələr endirib.

Leqqett qeyd edib ki, hücum nəticəsində 5 "Taliban" döyüşçü öldürülüb.

 

Mənbə: eastnews.org