Ermənistanın çöküş mənzərəsi - Əsgərlərin döyüşdən qaçmaması üçün bu yola əl atdılar

Ermənistanın çöküş mənzərəsi - Əsgərlərin döyüşdən qaçmaması üçün bu yola əl atdılar

Ölkəmizin Ermənistan tərəfindan işğal olunan Dağlıq Qarabağ torpaqlarını azad etmək üçün başlatdığı əks-hücum əməliyyatı böyük uğurla davam edir.

Publika.az-ın məlumatına görə, erməni ordusundakı əsgərlərin tez-tez döyüşlərdən qaçdıqları xəbərləri gündəmə gəlir.

Ermənistan ordudan yayınmanın qarşısını almaq üçün bu dəfə kahinləri cəlb edib. Ermənilər bu üsulla döyüşmək istəməyən əsgərləri motivasiya etməyə çalışırlar. Kahinlər ayinlərlə cəbhəyə gedən əsgərlərə xeyir-dua verir.

Ermənistanın rəsmi Tvitter hesabından "inam və güc" sözləri ilə paylaşılan fotoşəkildə erməni keşiş bir əlində xaç, digər əlində silahla poz verib. Ölkəmizdəki Rus Pravoslav Kilsəsinin sözçüsü Konstantin Pominov bildirib ki, işğalçı Ermənistan bu döyüşləri xristianlara qarşı müharibə kimi qələmə verməyə çalışır: “Bu, cəfəngiyatdır. Biz Ermənistana hücum etmirik. Biz yalnız öz torpaqlarımızı işağlçılardan geri alırıq”.

Hər hansı bir müqəddəs məkanlara hörmət etməyən erməni ordusunun Zəngilan şəhərinin məscidində donuz bəslədikləri məlumdur. Zəngilandan görüntülər göstərir ki, azərbaycanlı əsgərlər işğaldan azad edilmiş Zəngilan şəhərinin məscidinə daxil olduqda burada donuzlarla qarşılaşırlar. Görüntülərdə tarixi məscidin az qala xarabalığa çevrilməsi isə diqqət çəkir.

 

Mənbə: publika.az