Ermənistan rəhbərliyinin təhrikedici bəyanatları danışıqlar prosesinə ciddi ziyan vurur

Ermənistan rəhbərliyinin təhrikedici bəyanatları danışıqlar prosesinə ciddi ziyan vurur

"27 sentyabr tarixindən etibarən Azərbaycan ordusunun Ermənistan silahlı birləşmələrinin növbəti təxribatına qarşı keçirdiyi əks-hücüm əməliyyatı bu günə qədər də uğurla davam edir. Ermənistan dövlətinin "yenilməz", "cəsur" deyə adlandırdığı ordusu ağır itkilər verərək işğal edilmiş ərazilərimizdən hər gün biraz daha geri çəkilməyə məcbur edilir. Hər gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizə işğaldan azad edilmiş ərazilərimizin adlarını açıqlayır". Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi Simranə Məmmədovanın sözlərinə görə, artıq bütün dünyaya ordumuz öz gücün göstərib, bu gücün əsl səbəbi isə Azərbaycan əsgərinin öz torpaqları uğurunda mübarizə aparmasıdır: "Hərbi əməliyyatlar davam etdiyi müddət də Prezident İlham Əliyev müxtəlif ölkələrin KİV-nə müsahibə verib. Onlardan biri isə Yaponiyanın "Nikkei" qəzetidir. Müsahibəsində artıq status-kvo və təmas xəttinin olmadığını vurğulayan ölkə başçısı Ermənistan dövlətinin bu proses də məntiqli davranmalı və işğal olunmuş əraziləri tərk etməli olduğunu bildirib. Bu gün Ermənistan dövlətinin indiki hakimiyyəti ilə danışıqlar aparmağ çox qəliz prosesidir. Çünki, onlar " Qarabağ Ermənistandır" deyib Gəncə şəhərini ballistik raketlərlə vurublar. Ermənistan rəhbərliyinin bu prossesdəki, səmərəsiz və təhrikedici bəyanatları danışıqlar prosesinə ciddi ziyan vurmuşdur. Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı da Ermənistandır. Onlar atəşkəs zamanı belə Tərtər şəhərinə 1 gündə 100 raket atıblar, belə olan hal da təbii ki, Azərbaycan ordusu əks-həmlə əməliyyatı keçirərək torpaqlarımızı azad etməyə davam edəcəkdir. 30 il ərzində ATƏT-in Minsk qrupu həmsədrləri vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Bu gün isə artıq Türkiyə dövləti de-fakto, Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlar prosesində iştirak edir. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə bu prossesə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. Bu səbəbdən də bu gün Azərbaycan dövləti siyasi və iqtisadi sahədə uğurla inkişaf edir: "Ermənistan dövləti işğalçılıq siyasətinə son qoysa, regionda sülh və əmin amanlıq tamamilə təmin olunacaq.Ermənistanın "yenilməz"ordusu döyüş bölgəsindən qaçır. Azərbaycan ordusu onları məğlub edir və bir daha bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!"

 

Mənbə: olaylar.az