"Azərbaycan ordusunun gücü və döyüş taktikası inkişaf etmiş ölkələr tərəfindən oyrənilir"

"Azərbaycan ordusunun gücü və döyüş taktikası inkişaf etmiş ölkələr tərəfindən oyrənilir"

Otuz ilə yaxındır 20 faiz torpaqlarımız terrorçu dövlət olan Ermənistan tərəfindən işğal edilmişdir və otuz ilə yaxındır ki, torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsi üçün danışıqlar aparılırdı. Təəsüflər olsun ki, danışıqlar heç bir effekt vermədi, Ermənistana heç bir təzyiq göstərilmədi, əksinə olaraq otuz il ərzində terrorçu dövlət olan Ermənistanın gücləndirilməsi məqsədi ilə Rusiya və Fransa kimi dövlətlər tərəfindən hərbi yardımlar edildi və Beynəlxalq təşkilatlar bütün bu olanlara göz yumdular.

Ali Baş Komandan cənab İlham Əliyev beynelxalq arenalarda çıxışı zamanı dəfələrlə düşük adlandırdığı Paşinyana və havadarlarına xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə çixarmadılar, əksinə daha da quduzlaşdılar. Uzun illər Qarabağsız yaşamağa məcbur olan Azərbaycan xalqının və Ali Baş Komandan cənab İlham Əliyevin səbir kasası sentyabrın 27-də terrorçu Ermənistan dovlətinin silahlı birləşmələri cəhbə boyu atəşkəsi pozaraq yeni torpaqların işğal edilməsi məqsədi ilə etdikləri hucum zamanı doldu. Azərbaycanın qüdrətli, cəsur ordusu hucumun qarşısını alaraq Ali Baş Komandanın əmrinə əsasən əks-hücuma keçib işğalda olan torpaqlarımızın boyük hissəsini işğaldan azad etdi və etməkdə davam edir. Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində günü- gündən güclənən Azərbaycan ordusunun gücü və döyüş taktikası inkişaf etmiş ölkələr tərəfindən oyrənilir və rəğbətlə qarşılanır.

Cənab prezidentin son çıxışı zamanı gözlərindəki yorğunluq xalqına dövlətinə layiqincə xidmət etməsinin və sevgisinin gostəricisidir. Azərbaycan xalqı adından Qardaş Türkiyə İsrail və Pakistan dövlətlərinə xüsusən də gecə-gündüz xalqı üçün dövləti üçün çalışan Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan ordusuna və Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərindən təşəkkür edirik və hər zaman xalq olaraq cənab prezidentin arxasında olduğumuzu bəyan edirik.

Tural Qoca

 

 

Mənbə: moderator.az