F-16 məsələsi Rusiya və İrana mesaj idi... - Politoloq

F-16 məsələsi Rusiya və İrana mesaj idi...  - Politoloq

Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir. Prezident bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək. (İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər.)

Xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət (hökumət) birliyinə bəlkə də heç vaxt olmadığı qədər ehtiyac yaranıb. Bu baxımdan prezidentin çıxışında bir məqam diqqətimi çəkdi. O, Mütəllibov iqtidarını milli olmamaqda ittiham etdiyi halda, bu dəfə Elçibəy dövrünün (AXC-Müsavat) üzərindən sükutla keçdi. Bu da həmin qüvvələrin hazırda toplumda müəyyən çəkiyə və mövqeyə sahib olması ilə əlaqədardır. Yəni, bu qüvvələrə qarşı əvvəlki ritorika və siyasətin heç yeri deyil, faydası da ola bilməz.

Tarixi mərhələdən keçirik və nə qədər şablon səslənsə də, yalnız birlik və bərabərliklə bu sınaqdan maksimum qazancla, hərbi-siyasi qələbə ilə çıxmaq mümkündür.

Şahin Cəfərli, Politoloq

 

 

Mənbə: moderator.az