Qırğızıstanın müvəqqəti prezidenti də istefa verəcək

Qırğızıstanın müvəqqəti prezidenti də istefa verəcək

Qırğızıstanın müvəqqəti prezidenti səlahiyyətlərini icra edən baş nazir Sadır Japarov prezident postu uğrunda yarışa qatılacaq.

Buna görə də dekabrda səlahiyyətlərinin bir qısmini təhvil verəcək.

Cebhe.info xəbər verir ki, bunu baş nazir özü bildirib: "Mən başqaları ilə bərabər qaydada seçkiyə gedəcəyəm. Əgər keçsəm, prezident olacağam, əgər olmasam, sıravi vətəndaş olacağam".

Ölkədə növbədənkənar seçki 10 yanvar 2021-ci ildə keçiriləcək. Konstitusiyaya görə, ölkədə prezident səlahiyyətlini icra edən şəxs namizəd ola bilməz.

Xatıraladaq ki, ölkədə parlament seçkisindən sonra baş verən etiraz aksiyaları nəticəsində Prezident Soonbay Jeenbekov istefa verib.

Mənbə: cebhe.info