Türkiyə Müdafiə naziri Qazaxıstana səfər etdi - Foto

Türkiyə Müdafiə naziri Qazaxıstana səfər etdi - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın Pakistana səfərini başa vurması ilə Qazaxıstan səfəri başlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Akar rəsmi ziyarətlər üçün gəldiyi Qazaxıstanın paytaxtı Nur-Sultanda mərasimlə qarşılanıb.

Hərbi mərasim Qazaxıstan Müdafiə Nazirliyinə gəlişi ilə Qazaxıstan Müdafiə naziri Nurlan Yermekbayev tərəfindən qarşılanan nazir Akarın öz yerini aldıqdan sonra başlayıb.

İki ölkənin milli marşlarının qrup tərəfindən səsləndirildiyi və nazir Akarın paradı salamladığı mərasimdən sonra iki nazir əvvəlcə təkbətək görüşüb və daha sonra heyətlərarası iclaslara rəhbərlik ediblər.

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org