Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa

Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa

Ermənistan humanitar atəşkəsdən istifadə edərək silahlanmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, havadarları humanitar yardım adı altında Ermənistana silah göndərir. Bu baxımdan, Gürcüstan Ermənistana “humanitar” yardım daşıyan karvanı sərhəddən buraxmır.

Erməni mənbələri məlumat yayıb ki, Gürcüstan bu dəfə Yuxarı Lars sərhəd-keçid məntəqəsində Təcili Tibbi Yardım maşınlarını Ermənistana buraxmayıb. Erməni mənbələri iddia edir ki, həmin maşınlar Rusiyadakı erməni icması tərəfindən humanitar yardım kimi göndərilib.

Lakin bəzi məlumatlara görə, Ermənistana göndərilən Təcili Tibbi Yardım maşınlarında bu ölkəyə silah daşınır. Gürcüstan da məhz bu səbəbdən karvanın Ermənistana keçməsinin qarşısını alıb.

 

Mənbə: yenisabah.az