Rusiya-NATO gərginliyi Avropanı təhdid edir - PUTİN

Rusiya-NATO gərginliyi  Avropanı təhdid edir - PUTİN

Prezident Vladimir Putin Rusiya ilə NATO arasındakı münasibətlərdəki gərginliyin Avropanın təhlükəsizliyini təhdid etdiyini söyləyib.

Cebhe.info xəbər verir ki, dövlət başçısının açıqlaması Kremlin mətbuat xidməti tərəfindən yayımlanıb.

“Rusiya-NATO arasında gərginliyi nəzərə alaraq, Avropanın təhlükəsizliyinə yeni təhdidlər göz qabağındadır”, - deyə Putin qeyd edib.

Xatırladaq ki, Vladimir Putin yaxın və ortamənzilli raketlərlə bağlı moratoriumu təsdiqləyib.

Qeyd edək ki, Putin mövcud müqavilənin heç bir şərt olmadan bir il uzadılmasını təklif etmişdi. ABŞ Dövlət Departamenti öz növbəsində Rusiya Federasiyası ilə nüvə silahlarına dair razılaşmanın son formasını müzakirəyə verməyə hazır olduğunu bildirmişdi.

Strateji Hücum Silahlarının daha azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında Müqavilə (START, START-3) 2010-cu ildə Rusiya və ABŞ tərəfindən imzalanıb. START-3 on il müddətinə bağlanıb.

Hazırda silahlanmaya nəzarət sistemi ilə bağlı məsələ həll olunur.

 

Mənbə: cebhe.info