Dünya anlamalıdır ! - “Beynəlxalq hüququ heçə saymaq, baş ucalığı gətirmir”

Dünya anlamalıdır ! - “Beynəlxalq hüququ heçə saymaq, baş ucalığı gətirmir”

Bu gün ordumuzun gücü, xalqımızın iradəsi fonunda beynəlxalq münasibətlərdə hüquq probleminin yaşandığı bir daha bəlli olur. Azərbaycan ədalət deyilən məfhumun varlığını təsdiqlədi. Dövlətimiz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail olub. Lakin təəssüflər olsun ki, yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya birliyi bəyanatlardan konkret əmələ keçmək barədə düşünmür. Halbuki hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş beynəlxalq hüququn sarsılmaz prinsipidir.

Bu gün Azərbayan Ordusu məhz beynəlxalq səviyyədə tanınan ərazilərimizdə döyüşür, işğalçı Ermənistana layiq olduğu yeri göstərir. Ordumuzun sentyabrın 27-dən bügünədək böyük tarix yazdığını xüsusi qeyd etməliyik. Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti təmin edir.

 

Xalqımızın qələbəyə çoxdan susadığını deyən millət vəkili Vüqar İskəndərov “Sherg.az”a bildirib ki, bu gün Azərbaycan Ordusu haqq savaşındadır və ədaləti bərpa edir. Parlamentari vurğulayıb ki, ölkəmiz indiyə qədər BMT-nin 4 qətnaməsi və Minsk Qrupunun “çalışmalarına” hörmətlə yanaşıb:

“Qarşımıza qoyulan beynəlxalq hüquq və qanunlara riayət etdik. Bütün bunlar da mental dəyərlərimizdən irəli gəlir. Xalqımız hər zaman qanunlara sayğı ilə yanaşıb. Ermənistan illər boyu beynəlxalq hüquqa hörmətsizlik edib. Gördük ki, həm BMT-nin qətnamələri, həm Minsk Qrupu münaqişənin həllinə töhfə vermir. Cənab Prezident bütün beynəlxalq tədbirlərdə və humanitar forumlarda Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Senytabrın 27-də Ali Baş Komandan əks-hücum əmrini verdi. Şanlı ordumuz qısa vaxt ərzində öz gücünü bütün dünyaya göstərdi. Bilirdik ki, güclü ordumuz, qəhrəman oğullarımız var. Artıq zaman yetişib və güclənmişik. Haqq səsimizin eşidilməsini istəyirik”.

Millət vəkili qeyd edib ki, beynəlxalq qanunlar və hüquq münaqişəni həll edə bilmədi. Hazırda Azərbaycan Ordusu beynəxalq hüququ bərqərar edir:

“Ölkəmiz bununla həm də dünyaya bir töhfə verir: dondurulmuş münaqişələr olmur. Biz bunu göstəririk. Dünya anlamalıdır ki, beynəlxalq hüquqları heçə saymaq, heç kimə baş ucalığı gətirmir. Bunu dəfələrlə qeyd etdik ki, .Ermənistana “dur” deyilməlidir. Lakin nə yazıq ki, dünya bizi eşitmədi. Bu gün Azərbaycan Ordusu öz missiyasinı uğurla yerinə yetirir.

 

Ədalətin bərpa olunmasını istəyirik. Ali Baş Komandanımızın siyasi iradəsi göz qabağındadır. Ölkəmizdə xalq-ordu birliyi var. Bir çox dost ölkələr var ki, bizə dəstək göstərir.

Səsimizə səs verən millətlər və ölkələr bizi dəstəkləyir. Cənab Prezidentin dediyi kimi, biz növbəti 30 il gözləyə bilmərik. İnanıram ki, müharibə uğurla sona çatandan sonra Dağlıq Qarabağ bölgəsində rifah olacaq. Dünyadakı mövqeyimiz bir az da güclənəcək. Hər kəs biləcək ki, bu xalq yenilməz və qəhrəmandır. Biz hər zaman beynəlxalq qanunlara riayət etmişik. Dünyaya, cəmiyyətlərə və öz bölgəmizə sülhü gətirmək istəyirik.

 

Bu yolda ordumuzun qarşısında duracaq hansısa bir qüvvə yoxdur”

Mənbə: sherg.az