“Azərbaycan Ordusunun zəfər qazanacağına əminik...” QARDAŞ ÖLKƏDƏ DAHA BİR DƏSTƏK YÜRÜŞÜ

“Azərbaycan Ordusunun zəfər qazanacağına əminik...” QARDAŞ ÖLKƏDƏ DAHA BİR DƏSTƏK YÜRÜŞÜ

Türkiyənin Bartın şəhərində avtomobil həvəskarları Azərbaycanı dəstəkləmək məqsədilə yürüş ediblər. Məlum olub ki, avtomobil həvəskarlarından biri sosial şəbəklərdə bu barədə elan yerləşdirib. Yürüşdə iştirak etmək istəyənlər şəhər sakinləri də ona qoşulublar.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobillər Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib. Yüzə yaxın avtomobil şəhərin bütün küçələrindən keçməklə mərkəzə toplaşıblar. Yarışın təşkilatçılarından biri Onur Üre bildirib ki, bununla da Azərbaycana dəstək olduqlarını nümayiş etdiriblər: “Onsuz da Azərbaycan Ordusunun zəfər qazanacağına əminik”.

İYİ partiyasının Kəmər bölgə rəhbəri Hüseyn Çelik və partiyanın əməkdaşları da Antaliyada Azərbaycana dəstək məqsədilə tədbir keçiriblər. Çelik bildirib ki, Azərbaycanın sevinci onların sevinci, kədəri isə kədərləridir. Partiya olaraq Azərbaycanı dəstəkləyirlər: “Azərbaycan bilsin ki, iki dövlət bir millət olaraq hər zaman yanındayıq. Qarabağ Azərbaycanın torpağıdır. Bütün dünya bunu qəbul etməlidir”.

Mənbə: virtualaz.org