Ermənistanda koronavirusun sürətli yayılmasının - Şok səbəbi

Ermənistanda koronavirusun sürətli yayılmasının - Şok səbəbi

Ermənistanda əsgərlikdən yayınanlara koronavirusa yoluxduğuna dair saxta tibbi arayış verilir.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O bildirib ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti də məlumat yayıb:

“Xidmətin yaydığı məlumata görə, onlar yalandan koronavirusa yoluxma arayışı verən tibbi mərkəzin əməkdaşlarını və bu arayışı alıb övladlarını hərbi səfərbərlikdən yayındıran şəxsləri saxlayıblar.

Bununla bağlı günahlandırılanlara cinayət işi qaldırılıb. Görünür, elə bu səbəbdən də koronavirus statistikası şişirdilib, gündəlik 2500-ə çatdırılıb”.

Mənbə: teleqraf.com