"Bu atəşkəs yalnız Ermənistan üçündür, vaxt uzatmağa çalışırlar" - Vahid Əhmədov

"Bu atəşkəs yalnız Ermənistan üçündür, vaxt uzatmağa çalışırlar" - Vahid Əhmədov

Bu gün atəşkəs istəyən ölkələr bir tərəfdən Ermənistanı silahlandırır. Rəsmi İrəvan isə həmin silahlarla bizim mülki əhalini hədəf seçir.

Bununla bağlı KONKRET.az–a danışan deputat Vahid Əhmədov deyib ki, Ermənistan silah-sursatı ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrdən alır:

“Humanitar atəşkəsin məqsədi meyitlərin götürülməsi və əsirlərin dəyişdirilməsidir. Bir ayda 3 dəfə humaitar atəşkəs elan olunub. Atəşkəsin elan olumasından bir neşə dəqiqə keçməmiş Ermənistan növbəti təxribatlara əl atır. Ermənilər üçün atəşkəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri təşkil edir. Onlar müəyyən qədər şərait yaradırlar ki, ermənilər özlərinə gəlsinlər. Bu gün cənab Prezident də qeyd etdi ki, ermənilər bu qədər silahı hardan alır. Ermənilərin 2 milyard dollardan çox silah-sursatını məhv etmişik. Bu dövlət boğazının içinə qədər borcun içindədir. Ermənistanın 8 milyarddan çox borcu var. Ermənilər həmin silah-sursatı ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrdən alırlar. Onlar bu qədər silahı ermənilərə pulsuz verirlər. Bir tərəfdən atəşkəs istəyirlər, digər tərəfdən də erməniləri silahlandırırlar. Biz bu addımı necə qiymətləndirək. Hesab edirəm ki, cənab Prezident doğru mövqedədir. Biz sona qədər gedib, torpaqlarımızı azad etməliyik. Atəşkəs deyirlərsə, biz ermənilərdən fərqli hər zaman beynəlxalq hüquq normalarına əməl etmişik. Düşünürəm ki, haqq-ədalət öz yerini tapacaq. Ermənilər mülki əhaliyə və obyektlərə atəş açsalar da biz geri dönən deyilik. Azərbaycan Ordusu sona kimi gedəcək. Ali Baş Komandanın mövqeyi qətidir, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu atəşkəs yalnız Ermənistan üçündür, vaxt uzatmağa çalışırlar. Ən önəmlisi isə əks hücuma keçmək üçün müəyyən qədər silah-sursat alırlar. Niyə atəşkəs elan olunanda ermənilərə deyilmir ki, silahlarınızı götürüb, Azərbaycan torpaqlarından çıxın. Bunu da bənd kimi əlavə etsinlər. Əgər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri bunu Ermənistandan istəsə, silahlarını götürüb çıxacaqlar. Demirlər, çünki o dövlətlərin də müəyyən maraqları var”.

 

Mənbə: konkret.az