Ermənistan Daşkəsənə mərmi yağdırır, BMT Baş katibi isə “atəşkəs”i alqışlayır

Ermənistan Daşkəsənə mərmi yağdırır, BMT Baş katibi isə “atəşkəs”i alqışlayır

BMT Baş katibi Antoniu Qeterreş Ermənistanla Azərbaycan arasındakı atəşkəs razılaşmasını alqışlayıb.

Musavat.com bununla bağlı xarici mediaya istinadən xəbər verir. Məlumatda deyilir ki, Baş katib ABŞ, Azərbaycan və Ermənistanın humanitar atəşkəs razılaşması ilə bağlı elan etdiyi mövqeyi alqışlayır. BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarrik bu haqda açıqlamasında 10 oktyabr Moskva, 17 oktyabr Paris razılaşmasından sonra 26 oktyabr səhər saat 08.00-dan elan edilən atəşkəs anlaşmasını vurğulayıb.
Azərbaycan rəhbərliyi rəsmi qurumlara istinadən bəyan edib ki, Ermənistan bu dəfə də atəşkəs razılaşmasını kobud şəkildə pozmaqdadır. Ancaq ordumuza təmkinli olmaqla bağlı tapşırıq verilib. BMT Baş katibinin “alqış” açıqlaması yayıldığı anlarda isə Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərinin düşmən tərəfindən atəşə tutulduğu barədə xəbər verildi.

Mənbə: cia.az