Co Bayden Rusiyanı “ən böyük təhdid”, Çini isə “ən iri rəqib” adlandırıb

Co Bayden Rusiyanı “ən böyük təhdid”, Çini isə “ən iri rəqib” adlandırıb

“Rusiya beynəlxalq arenada ABŞ üçün ən böyük təhlükə, Çin isə ən böyük rəqibdir”.
O, bunu “CBS” kanalına müsahibəsində deyib.
“Hesab edirəm ki, bu gün Amerika (Birləşmiş Ştatlar-red.) üçün onun təhlükəsizliyinə və müttəfiqlərinə real təhdid baxımından ən böyük problem Rusiyadan gəlir. İkincisi, fikrimcə, hazırda Çin bizə görə ən iri rəqibdir”,-deyə o, qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın bundan sonrakı addımları ölkələrin özlərini rəqib kimi aparmalarından və ya bunun qüvvələr nisbətində daha ciddi düşmənçiliyə çevrilməsindən asılı olacaq.
Qeyd edək ki, hələ bu ayın əvvələrində Demokrat partiyasından vitse-prezidentliyə namizəd Kamala Harris ABŞ ordusuna gələ biləcək istənilən təhlükədə Rusiyanı məsuliyyətə cəlb edəcəklərini söyləyib.

Mənbə: cia.az