“İlham Əliyev türk tarixinə adını qızıl həriflər ilə yazdırdı’’ - General Yücel Karauzdan ŞƏRH

“İlham Əliyev türk tarixinə adını qızıl həriflər ilə yazdırdı’’  - General Yücel Karauzdan ŞƏRH

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Ordu quruculuğunu təməlini qoydu və qısa müddət ərzində böyük işlər görüldü. Bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ’’.

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Hərbi ataşe deyir ki, Azərbaycan xalqı heç bir halda düşmənin hiylələrinə uyan deyil.

“Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək hər bir azərbaycanlının həyat amalıdır. Cənab İlham Əliyev həm Türk tarixinə, həm də Azərbaycan tarixinə adını qızıl həriflər ilə yazmış bir liderdir. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan Ordusu texniki təchizat, təlim və tədris, şəxsi heyətin milli-mənəvi ruh yüksəkliyi baxımından qısa zamanda böyük inkişaf yolu keçib

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz gücü ilə işğal altındakı torpaqları azad etməkdədir. Bu Vətən müharibəsi Humanitar Vətən müharibəsi kimi tarixə düşəcək.

Azərbaycan Ordusu 3 fərqli bölgədən hərbi əməliyyatları davam etdirməkdədir. Bu, çox çətin əməliyyatdır. 30 ildir orada yerləşən, döyüşdə iştirak etmək üçün terrorçular gətirən düşmən qaçır. 27 sentyabr Böyük Vətən müharibəsi günü kimi gələcək nəsillər tərəfindən qeyd ediləcək’’.

Yücel Karauz bildirdi k, son hadisələr zamanı Azərbaycanda xalq-ordu, xalq-Prezident birliyinin şahidi olduq. Azərbaycanın peşəkar və mübariz ordusu, yenilməz komandirləri və müdrik Prezidenti vardır.

 

“Prezident İlham Əliyev çox gözəl bilirdi ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması danışıqlar masası ətrafında baş verən müzakirələr çərçivəsində olmayacaqdır.

İlham Əliyev xalqın milli mənəvi dəyərlərinin inkişafında hər zaman müstəsna xidmətlər göstərmişdir. Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi həm müasir dövrdə qarşılaşdığımız problemin həlli üçün əsaslı zəmin yaratdı, həm də erməni riyakarlığının tarixi saxtalaşdırmaq cəhdlərinə aydın şəkildə işıq saldı”.

Yücel Karauz bu illər ərzində bir milyondan çox qaçqının yaşayış səviyyəsinin sosial rifahının yaxşılaşdırılması üçün prezident İlham Əliyevin gördüyü işlərin önəminə də diqqəti yetirdi.

“Cənab prezident İlham Əliyev bu şanlı zəfərə gedən yolda kənar qüvvələrin yaratdığı maneələri mətanətlə dəf edib öz sözünü beynəlxaq tribunalardan dəfələr ilə demiş bir liderdir.

Prezident İlham Əliyevin qayğısı və rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan kompleks islahatlar nəticəsində bugün Azərbaycan ordusu zəfərdən-zəfərə addımlayır.

Ermənistanın ordusunda baş verən özbaşnalıq və hərc-mərclik bugün onların döyüş meydanında biabır olmasının əyani sübutudur.

Azərbaycan ordusu istər zabit və gizirlərinin hərbi savadı, istər NATO-ya inteqrasiya və digər hərbi təlimlərdə iştirakı, həmçinin də müasir silahların ordu quruculuğu sahəsində inkişaf etdirilməsi baxımından müasir dövrün ordu quruculuğu tələblərinə cavab verir. Bu savaşda qazanılan uğur və qələbələr təkcə Azərbaycanın deyil bütün türk dünyasının tarixinə qızıl həriflər yazılır”.

General deyir ki, şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanı həm masada, həm də döyüş meydanında tarixin qalın varaqlarına həbs edib.

“Allah bugün döyüş meydanında qələbələrə imza atan rəşadətli Azərbaycan ordusu və onun Ali Baş Komandanını qorusun! Tanrı onların çətin amma şərəfli yolunda hifz etsin”.

 

 

 

Mənbə: metbuat.az