Partiya sədrindən dünya azərbaycanlılarına çağırış: “Haqq işimizi dünyaya çatdırmalıdırlar”

Partiya sədrindən dünya azərbaycanlılarına çağırış: “Haqq işimizi dünyaya çatdırmalıdırlar”

“Xaricdə yaşayan həmvətənlərimiz (özəlliklə, Rusiya, Fransa, ABŞ, Almaniya, İran və s.) Azərbaycanımıza, müqəddəs savaşımıza, əsgərimizə, Ali Baş Komandanımıza, diplomatiyamıza dəstək üçün yaşadıqları ölkədə toparlanmalı, ayağa durmalı, yürüşlər, elmi konfranslar təşkil etməli, KİV-də müsahibələr verməli, mətbuat konfransları keçirtməli, haqq işimizi dünyaya çatdırmalıdırlar”.

Cebhe.info xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Partiya sədrinin sözlərinə görə, hər kəs bilməlidir ki, bu savaş xalqın səsi, tələbidir:

“Ali Baş Komandan və əsgərlərimiz xalqın istəyini və iradəsini gerçəkləşdirir. İstənilən siyasi, iqtisadi hədə və təhdidlər Azərbaycan iqtidarına deyil, xalqına qarşıdır. Sona qədər hər bir azərbaycanlı Prezidentin bu iradəsini və əsgərimizin əzmini müdafiə edəcək, gərəkilən anda hamımız əsgər olacağıq. Yürüşlər eyni gündə olacağı təqdirdə daha effektli olacaq.

Ən başlıcası, bu yürüşlərə Azərbaycanı sevən hər kəsi dəvət etməli, sistemli və koordinasiyalı təşkil etmək lazımdır. Birliyimiz qələbəmizin təminatçısıdır. Bu birliyi sarsıdan heç bir hərəkətə, sözə, fikrə yol vermək olmaz. Vətən müharibəsi aparırıq. Hamı özünü bu vətənin əsgəri bilməlidir. Torpaqlarımız uğrunda türk, talış, ləzgi, avar, kürd, tat, qrız, yəhudi, rus, ukraynalı, ingiloy, xınalıq, bir sözlə, hər kəs birləşib”.

 

Mənbə: cebhe.info