Qırğız Respublikasının keçmiş prezidenti Alamzbek Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında aclıq elan edib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu onun vəkili bildirib.
Qeyd edək ki, Almazbek Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.
Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəi sürülüb və o, azadlıqdan məhrum olunub. Almazbek Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.
Mənbə: sonxeber.az