Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək

Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək

Rəqəmsal hökumətin artan rolunu, rabitəninvacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə"BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektronhökumətin inkişafı yönündə nailiyyətlər və problemlər" mövzusunda onlaynkonfrans təşkil edilib. Olaylar.az bildirir ki, onlayn konfrans Qazaxıstan Respublikasının Rəqəmsalİnkişaf, İnnovasiyalar və Aerokosmik Sənayesi Nazirliyinin Birləşmiş MillətlərTəşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və "Zerde Milliİnfokommunikasiya Holdinq" ASC və Astana Dövlət Xidməti Mərkəzinintəşkilatçılığı ilə keçirilib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmətvə Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafıMərkəzinin (EHİM) direktoru Fariz Cəfərov spiker qismində iştirak edib.

E-konfransda müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların rəqəmsallaşma və elektron hökumət sahəsində çalışan nümayəndələri və digər şəxslər iştirak ediblər.

Konfransın əsas müzakirə mövzuları BMT 2020 sorğusunun nəticələri, elektronhökumətin inkişafında ən yaxşı təcrübələr və regionda elektron hökumətin inkişaftəcrübəsi olub.

EHİM-in direktoru Fariz Cəfərov Azərbaycanda elektron hökumətininkişafı mərhələləri, vətəndaşlara rəqəmsal formada təqdim edilən elektronxidmətlər və rəqəmsallaşma ilə bağlı mövcud çağırışlardan bəhs edib. Tədbir iştirakçılarına,həmçinin "ASAN xidmət", COVID-19 pandemiyası dövründəölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçünMərkəz tərəfindən hazırlanan "İcazələrin Alınması və Monitorinqi Sistemi"haqqında geniş təqdimat edilib.

Sonda Azərbaycan torpaqlarının 30ilə yaxındır ki, Ermənistan Respublikası tərəfindən işğal olunduğu və hazırdaAzərbaycan ordusu tərəfindən həmin torpaqların azad edildiyi qürür hissi ilədiqqətə çatdırılıb. Eyni zamanda işğaldan azad olunan torpaqlarda tezliklə "ASAN xidmət" mərkəzlərinin açılacağına və rəqəmsal hökumət qurucululuğun davam etdiriləcəyinə ümid edildiyi bildirilib.

Tədbir BMT-nin 2020-ci il MDB regionu üçün elektron hökumət üzrə tədqiqatınınəsas trend və nəticələrini təqdim etmək, COVID-19 pandemiyası zamanı ölkələrarasında səmərəli onlayn xidmətlərin göstərilməsinə dair təcrübə və fikirmübadiləsi aparmaq, eləcə də elektron hökumətin inkişafı üçün beynəlxalq vəregional müstəvidə əməkdaşlığı və koordinasiyanı gücləndirmək məqsədilə təşkil olunub.

Mənbə: olaylar.az