Əlcəzair Rusiyadan "MiQ" qırıcıları aldı

Əlcəzair Rusiyadan "MiQ" qırıcıları aldı

Eastnews.org-un verdiyi xəbərə görə, Əlcəzair Hərbi Hava Qüvvələri Rusiyadan ilk partiya "MiQ-2M/M2" qırıcılarını qəbul edib.

 

Bu barədə Əlcəzairin ixtisaslaşdırılan hərbi portalı olan "menadefense.net" portalı məlumat verib.

 

Məlumata əsasən, təyyarələr hissələrlə gətirilib, hazırda onların Oran şəhəri ətrafında uçuşa hazır vəziyyətə gətirilir.

 

Xatırladaq ki, "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmik Salonu zamanı "Rosoboronexport" (Rostecin bir hissəsi) ilə "MiQ-29M/M2" qırıcıları bir heyətinin və "Su-30MKAE" eskadronunun Əlcəzairə təchizatı üçün iki müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Rosoboronexport" bu məlumatlara münasibət bildirməyib.

Mənbə: eastnews.org