Yəmənli nazir Qüdsü də azad edəcəklərini bəyan etdi

Yəmənli nazir Qüdsü də azad edəcəklərini bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənadakı hökumətin Müdafiə naziri Məhəmməd Nasir əl-Atifi Qüds ilə bağlı danışıb.

Nazir açıqlamasında vurğulayıb ki, bütün Yəmən torpaqları ilə birgə Qüds şəhəri də işğalçılardan tam olaraq azad ediləcək.

"Bizim əsas hədəfimiz Yəmən torpaqlarını və Qüdsü işğalçılardan xilas etməkdir. Bunun qarşısında dayanan bütün maneələri əzəcəyik", - deyə Məhəmməd Nasir əl-Atifi diqqətə çatdırıb.

O, açıqlamasında qeyd edib ki, yəmənlilər torpaqlarına və dini dəyərlərinə tam olaraq bağlıdırlar.

 

Mənbə: eastnews.org