“Sms icazə” sistemi qayıdacaq? - Deputatdan ÇAĞIRIŞ

Son bir həftədə ölkədə koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur.

Ötən gün Nazirlər Kabineti yanında Opertaiv Qərargahın açıqladığı rəsmi rəqəmlərdə yoluxma ilə bağlı rekord göstərici ilə qarşılaşdıq. Bir gündə 1000 nəfərə yaxın insanın virusa yoluxması qarşıda daha sərt karantin tədbirlərinin, ciddi məhdudiyyətlərin tətbiq olunacağını istisna etmir.

Artıq yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sisteminin tədbiq ediləcəyinə dair söyləntlər də var.

Bəzi mütəxəssislər son yoluxma sayında rekord göstərici ilə bağlı həyəcan təbili çalmağa başlayıblar. Bildirirlər ki, ikinci mərhələdə infeksiya iki dəfə çox aktivləşib və bu durum həddindən artıq təhlükəlidir. Ona görə də sərt karantin tədbirlərinin görülməsi məsələsi aktuallaşır.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı “sms icazə” sisteminin tətbiq ediləcəyi ilə bağlı məsələni belə şərh edib:

 

“”Sms icazə” sistemini Operativ Qərargah müəyyənləşdirir və bu sistemin hazırda tətbiq edilib-edilməyəcəyini yalnız həmin qurum dəyərləndirə bilər. İndi çox həssas məqamdır. Ona görə də mən onu deyə bilmərəm. Nəsə desəm, Operativ Qərargahın funksiyasını icra etmiş olaram. Gündəlik dinamikanı Opertiv Qərargah və onların ictimai şurası dəyərləndirir. Necə ki, müəyyən məhdudiyyətlər tətbiq olundu.

Rayonlara giriş-çıxışı, təhsil müəssisələrinin, eləcə də metropolitenin fəaliyyətinin məhdudlaşdırılması kimi qərarları məhz Operativ Qərargah epidemioloji durumu dəyərləndirərək qəbul edib. Bütün dünyada koronavirus artıb və Azərbaycan da eynilə... Amma bu gün çox vacibdir ki, hər bir vətəndaş Operativ Qərargahın təlimatlarına əməl etsin, tibbi maska taxsın, gigiyena qaydalarını gözləsin və izdihamlı yerlərdən çəkinsin. Bir sözlə, sosial məsafəni qorumalıyıq və zəruri olmayan yerlərə getməməliyik”.

Alçina Amilqızı
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı

SONRAKI XƏBƏR

Əslən Qubadlıdan olan sənət adamlarının QƏLƏBƏ SEVİNCİ - FOTO