Pakistan Baş Naziri Makronu “terrorçu” adlandırdı...

Pakistan Baş Naziri İmran Xan “Tvitter” hesabında Fransa prezidenti Emmanuel Makronu "İslama qarşı hücumlar" a və inanclıların hisslərini təhqir etdiyinə görə şiddətlə qınayıb və belə hərəkətləri terrorçuların etdiyini qeyd edib.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Pakistan lideri Makronun öz vətəndaşlarını da təhrik etmək daxil olmaqla zorakılıq, şiddət təlqin edən “terrorçular əvəzinə İslama hücum etməklə” islamofobiyaya qapılmaq qərarına gəlməsindən təəssüfləndiyini bildirib.

İmran Xan Fransa liderinin İslam əleyhinə karikaturaların nəşrinə yaşıl işıq yandıraraq dünyadakı milyonlarla müsəlmanın hisslərini təhqir etməsini də vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başını müalicə etməsini tövsiyə edərək Makronu tənqid etmişdi. Buna cavab olaraq Fransa Türkiyədəki səfirini geri çağırıb.

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Gilasdan da yeyin, cənab Makron

SONRAKI XƏBƏR

“Cenevrədə Ermənistan Azərbaycanın tələbləri qarşısında...” - Musabəyovdan proqnoz