Putindən sərt ABŞ AÇIQLAMASI

Putindən sərt ABŞ AÇIQLAMASI

ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasından çəkilməsi nüvə silahı yarışının yenidən başlanması riskini artıran ciddi səhvdir.

Publika.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin deyib.

Kremldən verilən açıqlamaya görə, Putin qərarın cəbhələşmə potensialının artması və nəzarətolunmaz gərginliyə sürüklənmə riskini artıracağını düşünür.

“Razılaşma Avropada raket sahəsində proqnozlaşdırılma və sərhədlənmənin davamı baxımından xüsusi rol oynayırdı”, - Putin deyib.

 

Mənbə: publika.az