Rusiya Ermənistana təcili yardım maşınları göndərir

Rusiya Ermənistana təcili yardım maşınları göndərir

“4 ədəd təcili yardım maşını yerləşdirilən yük avtomobili Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsini keçərək Ermənistana tərəf hərəkət edir”.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Aram Tananyan deyib.

O bildirib ki, artıq ikinci yük maşınının Ermənistana göndərilməsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, Gürcüstan Yuxarı Lars sərhəd-keçid məntəqəsindən Ermənistana təcili yardım maşınlarının keçirilməsinə icazə vermir.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info