Erməni lobbisinin mediadakı təsirlərinə rəğmən, həqiqətlqərimizi dünyaya çatdırırıq-Əməkdar Jurnalist

Erməni lobbisinin mediadakı təsirlərinə rəğmən, həqiqətlqərimizi dünyaya çatdırırıq-Əməkdar Jurnalist

"Sentyabrın 27-dən bu günə qədər beynəlxalq media ilə iş məsələsi kifayət qədər ciddi qurulub. Cənab Prezidentin müsahibələri, beynəlxalq mediaya yönəlik brifinqlərin yerlərdə təşkili, bütün bunlar hamısı onu göstərir".

Azərbaycanın Vətən müharibəsində xarici medianın işi barədə Sonxeber.az-a əməkdar jurnalist Vüqar Zifəroğlu açıqlama verib.

"Bəzi ölkələrin mediasında Qarabağla bağlı obyektiv xəbərlərin, reportajların yayımlanmasına şahid olduq. Məsələn, Fransanın "TF 1" kanalının son reportajını göstərmək mümkündür. Təəssüf ki, erməni lobbisinin güclü olduğu ölkələr Fransanın o kanalına, jurnalistə təzyiq edərək o reportajı sildirməyə müvəffəq oldular. Ermənilər maksimum dərəcədə mediada rus təsirlərdindən istifadə edərək bizə qarşı qərəzli və qeyri-obyektiv münasibətin formalaşmasına çalışırlar. Müəyyən mənada təəssüf ki, bəzi ölkələrdə buna nail olurlar.

Sentyabrın 27-dən bu günə qədər beynəlxalq media ilə iş məsələsi kifayət qədər ciddi qurulub. Cənab Prezidentin müsahibələri beynəlxalq mediaya yönəlik brifinqlərin yerlərdə təşkili, bütün bunların hamısı onu göstərir ki, maksimum dərəcədə biz erməni lobbisinin bütün təzyiqlərinə, erməni lobbisinin mediadakı iştirakı və təsirlərinə rəğmən, öz həqiqətlərimizi dünyaya çatdırmağa nail oluruq".

Aysel Səmədli
Sonxeber.az

Mənbə: sonxeber.az