Rusiyaya mesajlar daha açıq idi, işlək ittifaqlar olmadan belə açıq danışmazdı....

Rusiyaya mesajlar daha açıq idi, işlək ittifaqlar olmadan belə açıq danışmazdı....

Prezidentin çıxışından gəldiyim nəticələr:
1) Əsasən Rusiya, həm də digər 2 həmsədr dövlətlər (ABŞ daha az, başı seçkiyə qarışıb) Qarabağ məsələsinin birdəfəlik həllini istəmir - yarımçıq qalsa, təzyiq üçün də əl yeri həmişə qalır,
2) De-fakto bağlanan ittifaqlar işləyir, yəni, Azərbaycan kağızda imzalanan olmasa da, faktiki çalışan güclü ittifaqlar qurub - söhbət tək qardaş Türkiyədən getmir. Prezident ona görə bir neçə dəfə deyib ki, sözümüz-imzamlzdır, bu faktiki ittifaqlar önümüzü açlb, təzyiqlərə dözməyə imkan yaradıb,
3) Madrid Prinsipləri, 5+2, status - bunlar Araz çayına düşdü, axdı-getdi, indi yeni prinsiplər lazımdı, amma Minsk Qrupu bunu hələ qəbul etmək istəmir, düşünürlər ki, Ermənistan əks-həmlə edərək situasiyanı dəyişə, köhnə formata qayıda bilər. Bunun üçün onları silahlandırırlar, məhz bunun üçün atəşkəsi həmişə Ermənistan pozur,
4) Rusiyaya mesajlar daha açıq idi, işlək ittifaqlar olmadan belə açıq danışmazdı - əslində strateji olaraq doğru yoldur! Ermənistanın Rusiyanın kuklası, sözcüsü olması daha açıq şəkildə dünyaya çatdırılmalıdı - bu beynəlxaq anti-Rusiya çevrələri üçün turarlı arqumentə çevriləcək,
5) Ermənistanın bölgədə böyük neft-qaz dəhlizlərinə təhlükə olduğunu və bu təhkükənin yaranmasının indi Kremlə sərf etdiyini (Şimal Axını-2 layihəsinə görə) daha aydın şəkildə dünyaya izah etmək lazımdı,
6) Bir daha: Bəli, biz sülh istəyirik, amma sülhün qiyməti sonuncu Ermənistan işğalçı əsgərinin məmləkəti tərk etməsidir.
Allah Əsgərimizi və Ordumuzu qorusun!
Natiq Cəfərli
Teref.az

Mənbə: teref.az