Azərbaycana üçün sərfəli namizəd: TRAMP, yoxsa BAYDEN?

Azərbaycana üçün sərfəli namizəd: TRAMP, yoxsa BAYDEN?

Bildiyimiz kimi, ABŞ-da prezident seçkiləri yaxınlaşır. Üstünlüyün Donald Tramp, yoxsa Co Baydendə olması müzakirəsi isə son günlər əsas gündəmdir. Bəs, namizədlərdən hansı Azərbaycan üçün daha əlverişlidir?

Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, demokratların mövqeyi hər zaman ermənipərəst olub:

“Zənnimcə, Donal Trampın şansları daha yüksəkdir və o, qalib gələcək. Onun əsas qayəsi - Amerika cəmiyyətinin iqtisadi, mənəvi durumunu yaxşılaşdırma planı öz bəhrəsini verir. 4 il ərzində ölkəni lazımsız xərclərdən qorumaqla yanaşı, əlavə iş yerlərinin açılmasına da nail olub. Trampın islahatları Amerika seçicisinin könlünə uyğundur. İnsanlar da başa düşür ki, Trampa qədər olan idarəçilərin vədləri çox olsa da, gördükləri iş normal deyildi. Bu baxımdan Tramp seçki öncəsi bütün vədlərin hər birinə əməl etməklə əlverişli mövqedə dayanıb. Bu, Amerika tarixində unikal bir göstəricidir. Bayden isə cığal oyunçular kimi çalışır ki, qarşı tərəfin səhvlərindən, edə bilmədiyi bir sıra işlərdən imtiyazlar qazansın. Buna səbəb də özlərinin tutarlı, diqqət çəkən proqramlarının olmamasıdır. Baydenin əsas arqumenti ondan ibarətdir ki, Tramp dönəmində pandemiyanın statistikası yüksəlib, ölənlər çoxluq təşkil edir. Siyasi mövqedən yanaşsaq görərik ki, bu arqumentlər elə də tutarlı deyil. Düzdür, hazırda virus vacib məsələdir. Lakin siyasi müstəvidə strateji əhəmiyyəti bir o qədər də vacib deyil. Hər iki şəxsin gördüyü işləri tərəzi üzrə müqayisə etsək görərik ki, Trumpın yerli xalqa qazandırdığı qənimətlər daha çox üstünlük təşkil edir.

Trampın rəhbərliyi Azərbaycanın siyasi mövqeyi üçün də əlverişlidir. Çünki demokratlar ənənəvi olaraq erməni marağından çıxış edirlər".

Şəfəq Samed / Redaktor.az

Mənbə: redaktor.az