"Oranı ələ keçirməyənə kimi vəzifəmizi bitmiş hesab edə bilmərik" - Hərbi ekspert

"Oranı ələ keçirməyənə kimi vəzifəmizi bitmiş hesab edə bilmərik" - Hərbi ekspert

"Müharibə son gününə qədər çətindir".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, hər şeyin artıq bitdiyini düşünmək olmaz, hava şərtlərini, ərazini nəzərə almalıyıq:

"Demək ki, müharibədə bəlli bir uğur əldə etmişəm, artıq hər şey asandır, xeyr, o olmaz. Bizim hələ önümüzdə Sarıbaba yüksəkliyi var, Qoçaz (dağ) var, oradan Xankəndi var, Ağdərə, Əsgəran, Kəlbəcər, Laçın var, Xocavənd önümüzdə durur. Bəli, biz əsas işin böyük bir hissəsini görmüşük. Amma önümüzdəki vəzifələrin heç də asan vəzifələr olduğunu deməməliyik. Asan olsaydı, oranı erməni 30 il möhkəmləndirməzdi, bir. İkincisi də Qarabağda ermənilərin əsas yuvası, əsas məskunlaşması Xankəndi ərazisindədir. Yəni, qondarma rejimin paytaxtı ora olub. Oranı əlimizə keçirməyənə qədər vəzifəmizi bitmiş hesab edə bilmərik.

Ermənilərin daha çox hədəfini sıradan çıxarmalıyıq

Sıldırım yüksəkliklər var, hava şəraiti var. Düzdür, ordumuz bunlara hazırlaşıb, bəlli bir təlimlərimiz və s. hamısı belə dağlıq ərazilərdə keçirilib. Lakin yenə də hava şərtlərini, ərazini nəzərə almalıyıq.

Getdikcə, yalnız ermənilərin daha çox hədəfinin sıradan çıxarılmasına köklənməliyik. Önümüzdə yerinə yetirəcəyimiz vəzifələr hələ çoxdur".

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az