“Onların bu durumu çox acınacaqlıdır” - Hikmət Hacıyev saxta görüntülərdən yazdı

“Onların bu durumu çox acınacaqlıdır” - Hikmət Hacıyev saxta görüntülərdən yazdı

"Humanizm prinsiplərinə və Cenevrə konvensiyalarına əsaslanan mülki əhaliyə və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə keçmək istəyən erməni hərbçilərə lazımi bütün humanitar dəstəyi verməyə hazırıq".

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi "Twitter" hesabında yazıb.

O bildirib ki, Ermənistanın müdafiə nazirinin erməni əsgərləri ilə birlikdə yayılan fotusunda nazirin yanında oturan, Azərbaycan Sərhəd Xidmətinin istifadə etdiyi forma ilə eyni hərbi formanı geyinmiş, ayaqyalın bir erməni əsgəri ciddi şübhələr yaradıb:

"Xatırlatmaq istəyirik ki, bu yaxınlarda Ermənistan muzdluların Azərbaycan tərəfində döyüşdüyünü iddia edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin geyimində olan xarici muzdlularla bağlı tamamilə qeyri-peşəkar və saxta video yayımlayıb. Hadrud rayonunda 2 erməni hərbi məhbusun öldürülməsini iddia edən görüntülər də Ermənistan Müdafiə Nazirliyinin zəngin yaradıcılıq qabiliyyətinin məhsuludur. BBC-nin onlayn mənbəyinin, erməni bir müəllif vasitəsi ilə bu cür saxta faktların diqqət mərkəzinə düşməsinə imkan verməsi çox acınacaqlıdır. Erməni tərəfi PKK terrorçularına və erməni əsgərlərinə Azərbaycan Ordusunun hərbi formasını geyindirə bilər, mülki erməni əhalisinə qarşı hərbi cinayətlər törətməyi və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa cəhd göstərə bilər".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info