Melaniya Tramp bəzən oxşarı ilə əvəz edilir - Sosial media istifadəçiləri yazır

Melaniya Tramp bəzən oxşarı ilə əvəz edilir - Sosial media istifadəçiləri yazır

Donald və Melaniya Trampın fotoşəkilləri ABŞ-ın birinci xanımının bəzən oxşarı ilə əvəzlənməsi barədə yeni nəzəriyyələri canlandırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Lad Bible” nəşri yazıb.

22 oktyabrda çəkilən fotoşəkildə cütlük Vaşinqtonda Ağ Evin ərazisindəki bir helikopterə minib. Sonra hər ikisi koronavirusa yoluxduqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısında görünüblər.

Şəkildə Melaniya Donald Trampın arxasında durur, üzündə geniş təbəssümlə, gözlərində iri qara gün eynəyi ilə pozlar verir.

Fotoşəkil internetdə yayıldıqda, bir çox istifadəçi “həqiqi Melaniya Trampa bənzəmədiyini” iddia edərək birinci xanımın üzünə diqqət yetirməyə başlayıb.

İstifadəçilər deyirlər ki, birinci xanımın şəkilləri ilk dəfə bu qədər geniş müzakirə olunmur.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az