“Minsk qrupu Ermənistan üçün çalışır” - Qafqazda xristian təəssübkeşliyi...!

“Minsk qrupu Ermənistan üçün çalışır” - Qafqazda xristian təəssübkeşliyi...!

“Bu qurum 30 ilə yaxındır ki, hansısa bir iş görməyib”

“Minsk Qrupu həqiqi mənada ermənipərəstdir. Yalnız ona görə yox ki, ermənilərin böyük lobbiləri var”

“Həm də ona görə ki, Qafqazda erməni klanını böyütmək istəyirlər”

Prezident İlham Əliyev bu gün xalqa müraciət edib. Ölkə başçısı çıxışında mühüm məqamlara toxunub. Ali Baş Komandan bildirib ki, 1 aya yaxındır ikinci Qarabağ müharibəsi davam edir. Onun sözlərinə görə, bu müharibə xalqımız üçün böyük vətən müharibəsidir.

Ölkə başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətindəki nöqsanları da diqqətə çatdırıb. Prezident qeyd edib ki, biz döyüş meydanında tarixi ədaləti bərpa edirik:

“1992-ci ildə yaradılan Minsk Qrupunun fəaliyyəti göz qabağındadır. Minsk Qrupuna həmsədrlik edən ölkələr müyyən müddətdən sonra bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər. Beləliklə Minsk Qrupu faktiki olaraq bir qrup kimi iflic vəziyyətə düşdü və 3 ölkə Dağlıq Qarabağ məsələsi ilə məşğul olmağa başladı.

Amma hansısa bir nəticə əldə edilmədi. Bizim üçün nəticələr olmadı. Yalnız Ermənistan üçün müsbət nəticələr əldə edildi. Ermənistan istəyirdi ki, daim danışıqlar getsin və məsələ dondurlsun. Ermənistan bunu istəyirdi və nail olurdu. Bəs, Minsk Qrupunun fəaliyyəti nədir? İşğalçıya təsir edə bilibmi? Təyiz etmək istəyibmi?

Dondurulmuş vəziyyət bizdən başqa hər kəs, ilk növbədə Ermənistanı qane edirdi. Ermənistan torpaqlarımızda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Bunlar Cenevrə Konvensiyasına ziddir. Ermənistan biz söz deyən var ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Heç kim bir söz demir. O deməkdir ki, davam elə, nə qədər istəyirsən gətir. Ona görə də biz indi öz torpaqlarımızda təmziləmə işlərini həyata keçiririk”.

BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərində qalıb. Bu qətnamələrə məhəl qoymayan Ermənistana Minsk qrupunun həmsədr ölkələri başda olmaqla BMT və beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilmədi. Ölkə başçısı da xalqa son müraciəti zamanı məhz Minsk Qrupunun yarıtmaz fəaliyyətini növbəti dəfə dilə gətirdi.

 

Prezidentin çıxışını “Sherg.az”a şərh edən millət vəkili Tahir Kərimlinin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, cənab Prezident Minsk Qrupunun fəaliyyətsizliyi barədə fikir söyləyir:

“Ölkə başçısı bu dəfəki çıxışında bildirdi ki, torpaqlarımızın 27 il işğalda olması onu göstərir ki, beynəlxalq təşkilatların hamısı Ermənistan üçün çalışır. Bütün bunlar açıq-aydın şəkildə Minsk Qrupunun ermənilərin yanında olduğunu sübut edir.

Minsk Qrupu 30 ilə yaxındır ki, hansısa bir iş görməyib. Cənab Prezidentin bugünkü çıxışında qeyd etdiyi məqamlar o deməkdir ki, o, öz xalqına güvənir və açıq danışır. Ali Baş Komandan hər bir məsələni milləti ilə bölüşür. Prezident nə üçün bu qədər diplomatik səbr ortaya qoyduğunu izah edir”.

Parlament üzvü hesab edir ki, Azərbaycan xalqı özündən başqasına güvənə bilməz:

“Cənab Prezident çıxışında vurğuladı ki, 3-cü ölkə münaqişəyə qarışsa, F-16-lar da işə cəlb olunacaq. Bəzi dövlətlər və Qoşulmama Hərəkatı bizim yanımızdadır və öz köməkliklərini göstərirlər. Amma Minsk Qrupu həqiqi mənada ermənipərəstdir.

Yalnız ona görə yox ki, ermənilərin böyük lobbiləri var. Həm də ona görə ki, Qafqazda erməni klanını böyütmək, xristian təəssübkeşliyi yaratmaq istəyirlər. Cənab Prezident xalqa müraciətində bütün məqamları açıq formada qeyd etdi. Bunun üçün də ona minnətdaram ki, hər məsələni tam olaraq ortaya qoyur.

 

Fikrimcə, diplomatik danışıqlar davam etsə də, Ali Baş Komandan bütün xalq onun arxasında olduğu üçün sona kimi gedəcək və torpaqlarımızı işğaldan azad edəcək”.

Mənbə: sherg.az