Ərdoğan: “Hansı vəzifədə olmasına baxmayaraq, islama qarşı düşmənçilik edənlərin psixiki geriliyi var” BƏYANAT

Ərdoğan: “Hansı vəzifədə olmasına baxmayaraq, islama qarşı düşmənçilik edənlərin psixiki geriliyi var”  BƏYANAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərini islamofobiyaya qarşı müqavimət göstərməyə çağırıb. SİA xəbər verir ki, bu barədə Anadolu agentliyi yazır.

“Bu gün Qərbdə müsəlmanlara qarşı düşmənçilik mövqeyi demək olar ki, vəba xəstəliyi kimi yayılır”, deyən Türkiyə liderinin sözlərinə görə, Avropa dövlətlərindən fərqli olaraq, xüsusilə Fransada demək olar ki, hər gün islama münasibətə qarşı cinayətlər törədilir, Türkiyədə isə dini tolerantlıq mövcuddur.

Ərdoğan həmçinin vurğulayıb ki, Avropa ölkələrinin təhlükəsizlik strukturları müsəlmanlara qarşı törədilən cinayətləri aşıq şəkildə rədd edirlər: “Kimlər ki, müsəlmanlara qarşı hücumları gizlədir, onlar nasizm və faşizm ideyalarını davam etdirirlər. Qərbdə müsəlman olmaq, öz dininə riayət etmək demək olar ki, mümkünsüzlüyə çevrilməkdədir”.

Türkiyə prezidenti islamofobların fəaliyyətini terrorçuluq adlandıraraq qeyd edib ki, mövcud situasiya Qərbin dəyərlərinə təhlükə yaradır. O, Fransa prezidenti Emmanuel Makronun qalmaqallı fikirlərinə diqqət çəkərək bildirib: “Müsəlmanlara və islama qarşı bir sıra Avropa ölkələrində nümayiş etdirilən nifrət dövlət siyasəti ranqına qədər yüksəlib və ölkə başçıları səviyyəsində dəstəklənir. Mən bir daha bəyan edirəm ki, hansı vəzifədə olmasına baxmayaraq, islama qarşı düşmənçilik edənlərin psixiki geriliyi var”.

Cənab Ərdoğan ölkə vətəndaşlarını fransız mallarından imtina etməyə səsləyib.

Rövşən RƏSULOV

Mənbə: sia.az