Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edəcək

Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edəcək

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 30 oktyabr saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.

Cebhe.info xəbər verir ki, vdeoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

Cebhe.info

Mənbə: cebhe.info