“Prezidentimiz öz sözündə qətidir” ÖZƏL-MÜNASİBƏT

“Prezidentimiz öz sözündə qətidir” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın baş naziri Paşinyan həm hazırkı mərhələdə, həm də uzun müddət ərzində Qarabağ münaqişəsinin diplomatik yolla həllinin mümkün olmadığı qənaətindədirsə və bunu bütün dünyaya bəyan edirsə, onda Azərbaycan üçün hərb yolu qaçılmazdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, müzəffər ordumuz işqal altında olan torpaqlarımızı azğın düşməndən döyüşərək azad etməli və təcavüzkarlara öz yerini göstərməlidir.

“Artıq biz haqq yolunda mübarizəmizi davam etdiririk və qürur doğuran haldır ki, igid əsgər və zabitlərimizin şücaəti sayəsində şəhər və kəndlərimiz faşist ermənilərdən təmizlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xarici ölkələrin televeziyalarına, mətbuat orqanlarına verdiyi müsahibələrində, xalqımıza müraciətində dəfələrlə səsləndirmişdir ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır və bunu tarixi faktlar sübut edir. Ermənilər məqsədyönlü şəkildə torpaqlarımıza köçürülüblər və xarici ölkələrdən köçürülən ermənilərin bir çoxu Qarabağda məskunlaşdırılmışdır.

Dövlətimizin rəhbəri xalqımıza bu günkü müraciətində bir daha xatırlatmışdır ki, biz vətən torpaqlarını işqaldan azad edirik. 28 ildir bizi aldatdılar. ATƏT- in Minsk qrupu münaqişənin həll edilməsi, işğalçıya təsir göstərilməsi üçün heç bir təsirli tədbir görməmişdir. Xalqımızın səbri tükənmişdir. Biz BMT Təhlükəsizlik şurasının qətnamələrini özümüz icra edirik. Çox təəssüflər olsun ki, uzun illər susan beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın tərəfini saxlayır və onu məğlubiyyətdən xilas etməyə çalışırlar.

Cənab İlham Əliyev sülhün, atəşkəsə əməl olunmasının vacibliyini qeyd etməklə bərabər həm də bildirmişdir ki, Ermənistanı xilas etmək istəyənlər onun ərazilərimizi tərk etməsinə çalışmalıdırlar. Lakin biz bunun əksini görürük. Ermənistana silah verilir, Ermənistanın baş naziri vətəndaşlarını silahlandırmağa çağırır, güc toplamaq istəyir. Təəssüflər olsun ki, beynəlxalq aləm yenə də susur. Hətta BMT Təhlükəsizlik Şurası Ermənistana dəstək göstərir.

Azərbaycan Prezidenti öz sözündə qətidir. Əlbətdə Ali Baş Komandanımızın qətiyyəti torpaqlarımızın tamamilə düşməndən azad edilməsini təmin edəcək, şanlı ordumuz düşmən üzərində layiqli qələbə çalacaqdır. Biz qalib gələcəyik. Qarabağ Azərbaycandır!”, deyə Tahir Rzayev bildirib.

Mənbə: sia.az