Avropa üçlüyü İranın nüvə sazişini davam etdirmək üçün MAQATE ilə işləyəcək

Avropa üçlüyü İranın nüvə sazişini davam etdirmək üçün MAQATE ilə işləyəcək

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa üçlüyü (Almaniya, İngiltərə və Fransa) Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) qorumaq üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə işi davam etdirəcək.

 

Bunu bu gün Berlində Almaniyanın Xarici İşlər naziri Hayko Maas MAQATE-nin baş direktoru Rafael Qrossi ilə danışıqların ardından keçirilən mətbuat konfransında söyləyib.

 

"Fransa və Böyük Britaniya ilə birlikdə Vyana nüvə sazişini qorumaq üçün hər şeyi etdik və edəcəyik. Bunun üçün də sizinlə (MAQATE) çox yaxın əməkdaşlıq niyyətindəyik", - Maas deyib.

 

"Axı, fikrimizcə, bu, İranın nüvə silahına sahib olmasının qarşısını almanın ən yaxşı yoludur", - Maas hesab edir.

 

"İrana gəldikdə, o, bir daha bölgədə sabitliyin pozulmaması üçün yenidən saziş üzərindəki öhdəliklərini yerinə yetirməlidir", - deyə Almaniya naziri vurğulayıb.

Mənbə: TASS

Mənbə: eastnews.org