Ərdoğan: “Makronun zehni cəhətdən müalicəyə ehtiyacı var”

Ərdoğan: “Makronun zehni cəhətdən müalicəyə ehtiyacı var”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronu sərt tənqid edib.
Yeniavaz.com “Cumhuriyet”ə istinadən xəbər verir ki, Ankara-Paris arasındakı gərginlik, Ərdoğanın Makronu sərt tənqid etməsindən sonra daha da artıb. Belə ki, Türkiyə prezidenti çıxışında, Makronu Şərqi Aralıq dənizi, Suriya, Liviya və Dağlıq Qarabağdakı gərginliyin günahkarı kimi qiymətləndirib. Bundan sonra Ərdoğan, Makronun müsəlmanlara qarşı mövqeyini tənqid edərək, onun zehni cəhətdən müalicəyə ehtiyacı olduğunu deyib.

Mənbə: www.yeniavaz.com