Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...

Azərbaycan Ordusu qarşısında məğlubiyyətə uğrayan Ermənistanda qadınlar da orduya cəlb edilir.

Moderator.az xəbər verir ki, Paşinyanın arvadı Anna Akopyan 13 qadından ibarət birlik yaradaraq təlimlərə başlayacaqlarını açıqlayıb. A.Akopyan deyib ki, bundan sonra cəbhəyə gedib döyüşəcəklər.

Əgər yadınızdadırsa, İtalyan dilində yayımlanan “Eurasianews” xəbər portalı A.Akopyanın erməni qadınlarını Azərbaycanın mülki şəxslərinə qarşı hücum etməyə hazırladığını yazmışdı.

Son aylar həyat yoldaşıyla birlikdə adı bəzi intriqalarda hallanan Akopyan, 2018-ci ildə bölgədə barışın tərəfdarı olduğunu deyərək, Azərbaycan qadınlarını hətta sülhə çağırmışdı.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Depardye Makrona etiraz etdi: Müsəlmanlar nə edib ki?

SONRAKI XƏBƏR

Arazın komandasından heç-heçə