Veteran YAP-çılar Prezidentə yazdı – Sizin yanınızdayıq...

Bakıdan sabiq deputat, əməkdar jurnalist Rizvan Cəbiyev, sabiq deputat, tarixçi İsgəndər Quliyev, Qaradağ rayon İH-nin şöbə müdiri, “Vətənə xidmət” ordenli Munis Bayramov, siyasi elmlər üzrə fəlsəfə doktoru, "91-lər" hərəkatının üzvü Tahir Məmmədov Prezident İlham Əliyevə müraciət ediblər.

“Son günlər Sizin dincəlmədən, yorulmadan böyük fədakarlıqla ölkəmizin inkişafı və tərəqqisi naminə gördüyünüz işlər, xüsusən düşmən ayaqları altında inləyən torpaqlarımızın işğaldan birdəfəlik təmizlənməsi uğrunda gedən qanlı döyüşlərə komandanlıq etməyiniz, bütün qədirbilən xalqımız kimi əbədi Heydərçilər olan bizi - "91-ləri" də coşqun sevinc və fərəh dalğalarına qərq etmişdir.

Hər saat, hər gün Sizi görmək, Sizi eşitmək istəyir, azad olunan doğma torpaqlarımızın həsrəti ilə yaşayır, həyəcanlar keçiririk. Bütün qəlbimizlə, varlığımızla inanırıq ki, Siz başladığınız bu böyük yolu fədakarlıqla başa çatdıracaq, bütünlüklə Qarabağı işğaldan azad edəcəksiniz!

Sizə - yenilməz Prezidentimizə, müzəffər Ali Baş Komandana cansağlığı və böyük uğurlar arzu edirik. Bilirik ki, ulu öndər Heydər Əliyevin ruhuna güvənərək bütün xalqımız və silahlı qüvvələrimiz bu sınaqdan da üzüağ, zəfərlə çıxacaqdır!

Tam əmin ola bilərsiniz ki, Azərbaycan xalqı, cavanlı-qocalı, böyüklü-kiçikli həmişə Sizin yanınızdadır!” - deyə müraciət müəllifləri qeyd edirlər.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Mingəçevir şəhər Qarabağ Qaziləri Birliyindən Prezidentə məktub” – “...ürəkdən bəyənirik

SONRAKI XƏBƏR

Maradona Messi - Ronaldo ayrımına son verdi