Solovyov: "Bu gün Paşinyanı söydülər və Əliyevi təriflədilər" ÖZÜNÜİFŞA

Sosial şəbəkələrdə Rusiya telejurnalisti Vladimir Solovyovun milyarder Qod Nisanov ilə audio yazısı yayılıb.

Virtualaz.org bildirir ki, audio yazıda V.Solovyov veriliş zamanı Azərbaycanı tənqid etdiyinə görə üzr istəyir.

Solovyov xüsusən qeyd edir ki, bu fraqment onun verilişindən kəsilib və proqrama daxil edilməyib, amma "hansısa degenerat bunu "Rossiya"telekanalının saytında anonslara qoyub”.

"Əzizim, Qod Semyonoviç, hər şeyi başa düşürəm, sizin narahatlığınızı bölüşürəm, amma qoy bu gün baxsınlar, bu gün Paşinyanı söydülər və Əliyevi çox təriflədilər. Mən şəxsən Əliyevi çox tərifləmişəm", - deyə Solovyov vurğulayıb.

Virtualaz.org

 

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

İkili standartlar, yoxsa ikiüzlülük?

SONRAKI XƏBƏR

Gürcüstanın Marneuli rayonundan Azərbaycan Prezidentinə nə yazdılar…