İsveç Krallığından İlham Əliyevə yazdılar - Asif Kurbanın ürək sözləri...

“Dünyanın bir çox ölkəsində yaşayan, fəaliyyət göstərən və getdikcə gündən-günə güclənən Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımızı bildirir və Sizi salamlayıram. Sizə və Sizin şəxsinizdə doğma Vətənimiz Azərbaycanımıza tam dəstəyimizi ifadə edirik.

2020-ci ilin sentyabrın 27-də təcavüzkar Ermənistanın ölkəmizə hücuma keçməsi, mülki əhalini və obyektləri atəşə tutması bizləri çox narahat etmişdir. Ancaq bu narahatlığımız çox çəkmədi. Sizin rəhbərliyinizlə ölkədə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılmışdır və şanlı Ordumuz düşmənə layiqli cavabı verərək, doğma torpaqlarımızı düşmən tapdağından azad etməyə başlamışdır. Rəşadətli Ordumuz gündən-günə cəbhədə irəliləyərək erməni təxribatçılarını torpaqlarımızdan çıxmağa məcbur edir.

...Siz daim dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çağırış edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsini tələb edirdiniz. Lakin Ermənistan hər zaman sülh danışıqlarına məhəl qoymayaraq, qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bu gün isə Sizin düşünülmüş və qətiyyətli addımlarınızın nəticəsini görürük və bütün bunlar bizi hədsiz dərəcədə sevindirir.

Əminik ki, tezliklə digər işğal altında olan torpaqlarımız da azad olacaq və biz Şuşada, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına, Azərbaycan himninin səsləndirilməsinə şahid olacağıq.

Sizin siyasətinizi dəstəkləyir, əldə olunan uğurlara görə Sizi, Ordumuzu və xalqımızı təbrik edirik.

Biz Azərbaycan diasporunun nümayəndələri olaraq, Vətənimiz üçün əlimizdən gələni edirik. Bundan sonra da Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik.

Allah Sizi, xalqımızı və müzəffər Ordumuzu qorusun!”

Bu sözləri Prezident İlham Əliyevə müraciətində İsveç Krallığının Stokholm şəhərindən Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Kurban bildirib.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Mingəçevir şəhər Qarabağ Qaziləri Birliyindən Prezidentə məktub” – “...ürəkdən bəyənirik

SONRAKI XƏBƏR

Maradona Messi - Ronaldo ayrımına son verdi