"2-3 günə daha 2 rayonu azad edəcəyik" - Bitdi özəl status məsələsi!

Paşinyan deyib ki, ağrılı kompromislərə razıyıq, amma kapitulyasiyaya yox – Prezident demiş, bəs nə oldu, yallı gedirdin, “Qarabağ Ermənistandlr. Nöqtə”, deyirdin, nə oldu indi?! Bəs deyirdin vermirəm, torpağı yəni?!

Paşinyan, “qırmızı cizgimizə yaxın kompromis”, deyib – belə anladım ki, daha Dağlıq Qarabağın müstəqilliyinə heç özü də inanmır, yüksək status istəyir – qulağınızın dibini görərsiz, bitdi özəl status məsələsi!

Amma ən maraqlı məqam başqa idi – Paşinyan sonda deyir ki, gör dünya nə günə qalıb ki, Moskva, Paris, Vaşinqton Azərbaycanı dayandıra bilmir – xeyli güldüm, adam hələ də anlamır ki, Bakı elə de-fakto ittifaqlar qurub ki, hər təzyiq elementinə qarşı iki əks-təzyiq elementi işə düşür! Və de-fakto ittifaq üzvləri Parislə də, Vaşinqtonla da, Moskva ilə də ayrıca danışırlar!

Erməni saytlarının forumlarında Paşinyanın, “ağrılı güzəştlərə hazırıq”, sözlərini topa tutublar – deyirlər ki, nə deyirsən, 7 rayonu qaytaraq Azərbaycana?! Olmaz, qaytarmayacağıq!

Bunlar xəstədilər, dəlidilər, nədilər, artıq 4 rayon qayıdıb, 2-3 günə daha 2 rayonu azad edəcəyik, qalır Ağdam – onu da Ordumuz “bezkraska” alacaq! Nə 7 rayon, nə qaytarmırıq?!

Natiq Cəfərli

REAL funksioneri

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Konkret nəticəyə istiqamətlənmiş danışıqlar prosesinə başlamağı lazım hesab edirik“

SONRAKI XƏBƏR

260 dəfə daha təhlükəli olan koronavirus - Dərman və vaksin tapmaqda problem