“Konkret nəticəyə istiqamətlənmiş danışıqlar prosesinə başlamağı lazım hesab edirik“

“Konkret nəticəyə istiqamətlənmiş danışıqlar prosesinə başlamağı lazım hesab edirik“

Türkiyənin Xarici İşlər Nazirinin sözçüsü Azərbaycan Ermənistan arasındakı münaqişəyə dair növbəti dəfə açıqlama verib.

Xarici İşlər Nazirinin sözçüsü açıqlamasında humanitar atəşkəsin hər dəfə Ermənistan tərəfindən pozulduğunu bir daha xatırladıb.

REAL-ın Türkiyə bürosu xəbər verir ki, açıqlamada deyilir:

“Ermənistanın Azərbaycana hücumu ilə başlayan qarşıdurmalardan sonra 10 oktyabr və 18 oktyabr tarixlərində elan edilən humanitat atəşkəslər qısa müddət ərzində Ermənistan tərəfindən pozuldu. Nəhayət, ABŞ-ın təşəbbüsləri nəticəsində hərbi əsirlərin və cənazələrin mübadiləsinə imkan vermək üçün yenidən atəşkəs elan edildi. Təəssüf ki, bu atəşkəs Ermənistan tərəfindən bir neçə dəqiqə ərzində pozuldu və Ermənistan Azərbaycanın cəbhə xəttindəki mövqelərinə , Azərbaycanın münaqişə zonasından uzaq daxili bölgələrindəki mülki hədəflərə qarşı hücumlarını davam etdirdi.

Minsk Qrupu həmsədrlərinin səylərinin konkret nəticə verməsi üçün Ermənistanın qanun pozuntularını nəzərə almağı, BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquqa uyğun olaraq qalıcı bir həll yolu göstərən bir nəticəyə istiqamətlənmiş danışıqlar prosesinə başlamağı lazım hesab edirik. Düşünürük ki, elan olunan atəşkəslər yalnız bu şəkildə davamlı ola bilər.”

 

Mənbə: www.realtv.az