Paşinyan başını itirib - Əks-kəşfiyyatın rəisi də işdən qovuldu - FOTO

Paşinyan başını itirib - Əks-kəşfiyyatın rəisi də işdən qovuldu - FOTO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ovannes Karumyan tutduğu vəzifədən azad edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "ArmenianReport" məlumat yayıb.

Məlumatı ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Artur Qorqian təsdiqləyib.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda üzləşdiyi məğlubiyyət Nikol Paşinyanı çətin duruma salıb. 3 milyard dollardan çox hərbi texnika və silah-sursatın sıradan çıxarılması, minlərlə hərbçinin məhv edilməsi, işğal altındakı rayonların Azərbaycan ordusu tərəfindən geri alınması Ermənistanda böyük narazılıq yaradıb.

Nikol Paşinyan təhlükəsizlik sektorunda müəyyən generalları işdən çıxarmaqla vəziyyəti idarə etməyə çalışır. Buna qədər o, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları rəisi Vaxinak Sarkisyanı da vəzifədən azad etmişdi.

Azərbaycan ordusunun Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar düşmənin ağlını başından alıb və Ermənistanın 30 il ərzində yaratdığı məğlubedilməz ordu mifi 30 günə darmadağın olunub.

BAKU.WS

Mənbə: baku.ws