Fələstin rəsmisi Sudana çağırış etdi

Fələstin rəsmisi Sudana çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Muxtariyyətinin Baş Naziri Məhəmməd İştiyyə Sudan ilə işğalçı İsrail rejimi arasında əldə olunan diplomatik münasibətləri yaxşılaşdırma razılaşmasına münasibət bildirib.

Məhəmməd İştiyyə açıqlamasında vurğulayıb ki, belə razılaşmalar Fələstin xalqının daha çox qətliama məruz qalmasına səbəb oldu.

"İsrail rejiminin tələsinə düşənlər səhv etdiklərini yaxın zamanda anlayacaqlar. Gec olmadan qərardan imtina etməlidirlər", - deyə Məhəmməd İştiyyə diqqətə çatdırıb.

Baş Nazir qeyd edib ki, Fələstin xalqı tək qalsa belə öz müqəddəratını həll edə biləcək.

Mənbə: FIM

Mənbə: eastnews.org