Emi Baretin təyinatı təsdiqlənib

Emi Baretin təyinatı təsdiqlənib

Amerika Birləşmiş Ştatları Senatı Emi Koni Baretin Ali Məhkəməyə təyinatını təsdiqləyib.

Baretin bu vəzifəyə namizədliyini prezident Donald Tramp irəli sürüb.

Baret Ali Məhkəməyə Tramp tərəfindən təyinat alan 3-cü Respublikaçıdır.

Baretin artıq andiçmə mərasimi də baş tutub. Ağ Ev lideri mərasimdə iştirak edib.

“Bu, Amerika, onun konstitusiyası, qanunun ədalətli və qərəzsizliyi üçün böyük əhəmiyyətə malik bir gündür” – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Baret sentyabr ayında vəfat edən Rut Beyder Qinzburqu əvəz edəcək.

REAL

 

Mənbə: www.realtv.az